!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“3-4 uşağı dünyaya gətirib niyə bədbəxt edirsən?” - Güneldən SƏRT ETİRAZ

!Reklam – Yazi

“Əgər sənin maddi durumun uşaqları saxlamağa imkan verməyəcəkdisə, 2-3 və daha çox övlad dünyaya gətirib onların həyatını məhv etməyə nə gərək var axı?!”

Bunu məktəbli qızların erkən yaşda ərə verilməsi və ana olması hallarının getdikcə artmasına münasibət bildirərkən tanınmış aktrisa Günel Həmidova Yenicag.az açqlamasında deyib.

Aktrisa bu məsələdə valideynlərin günahkar olduğunu əsas gətirib:

“Qızların erkən ailə qurmasını və nikahdankənar ana olması hallarını kəskin şəkildə qınayıram. Bu məsələdə cəmiyyəti qətiyyən günahkar hesab etmirəm. Bizdə mentallıq hər zaman olub. Bu qınağa qədər olan mərhələ var. Ola bilər, qızlar bu addımı atanda sonranı düşünmür, çünki yaşları azdır, həyatı tam dərk etmir. Bəs valideyn? O hara baxır? Qıza diqqət, nəzarət olmalıdır. Bəzi ailələr maddi durumunu əsas gətirərək qızlarını erkən ərə verməklə başlarından edir. Bu, qızı başdan etməkdir, başqa adı yoxdur”.

“Əgər sənin maddi durumun uşaqları saxlamağa imkan verməyəcəkdisə, 2-3 və daha çox övlad dünyaya gətirib onların həyatını məhv etməyə nə gərək var? Sən, valideyn olaraq bunun qarşısını vaxtında ala bilərsən. Bir övlad dünyaya gətir, amma onu cəmiyyətə şəxsiyyət kimi təqdim et. Birmənalı bu məsələdə valideyn məsuliyyət daşıyır”, – deyə aktrisa qeyd edib.

G.Həmidova özünün də ana olduğunu deyib və övladı ilə münasibətini misal çəkib:

“Övladımın 13 yaşı var, ona uşaq kimi baxmıram. Məni tanıyanlar deyir, 13 yaşlı oğlunla elə danışırsan, sanki 25-30 yaşlı yetkin bir insanla davranırsan. Hətta buna görə məni qınayanlar da olur. Mən tərbiyə üslubumda qərarlıyam. Uşağa yetkin insan kimi baxılmalıdır, belə olanda uşaq daha da məsuliyyət hiss edəcək”.

Təhsilli qızlarla təhsilsiz qızlar arasında fərq yerlə göy qədərdir deyən sənətçi valideynlərə səslənib:

“Bir var, həddi-buluğa çatmamış yeniyetmənin özü bu addımı atır, bir də var, valideyn zorla ərə verir. Hər iki halda valideyn günahkardır. Çünki çox vaxt valideyn özü uşağını o addımı atmağa sövq edir. Qızlar mütləq şəkildə təhsil almalıdır. Ana oldum, vəzifəm bitdi, bu, belə deyil. Əsl vəzifə bundan sonra başlayır. Təhsilli qızlarla təhsilsiz qızlar arasında fərq yerlə göy qədərdir. Qızlar təhsil alsalar, özgüvəni də güclü olacaq, cəmiyyətdə də fikirlərini açıq şəkildə söyləyə biləcəklər”.

Cəvahir

www.yenicag.az

581
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv