!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

3 ay nəyi DƏYİŞƏCƏK? - “Separatizmin yenidən baş qaldırması...” - POLİTOLOQ

!Reklam – Yazi

“Bu gün Azərbaycanda güclü mərkəzi hakimiyyət nəzarəti var. Belə olan təqdirdə yenidən separatizmin baş qaldırması real deyil”.

Bunu ermənilərin onlara qarşı Azərbaycanın etnik təmizləmə həyata keçirdiyi iddialarına və təhvil-təslim işləri üçün qondarma qurumun 3 ay möhlət istəməsinə münasibət bildirən politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, separatçılara verilən 3 ay məsələsində qeyri-adi heçnə yoxdur:

“Bütün hallarda dövlət institularının həmin ərazidə qurulması, Azərbaycan hakimiyyətinin bərpası, yurisdiksiyamızın təmini, reinterqasiya prosesi çərçivəsində vətəndaşlıq qəbulu və ərazini tərk etmək istəyən ermənilərin gedişinin rahatlaşdırılması üçün bu müddət kifayət qədər uyğundur.

3 ay ərzində baş verə biləcək risk faktorlarını dəyərləndirək:

Separatçılar yenidən təşkilatlana bilərmi? Xeyr. Çünki separatçıların “lideri” adlandırılan şəxslər ya təslim olur, ya da Laçın buraxılış məntəqəsindən keçərkən həbs edilirlər. Bir sözlə, lider olmadan təşkilatlanmaq çətin məsələdir.

İkinci əsas məsələ: Azərbaycan Xankəndi, Xocalı və digər erməni işğalından azad olunmuş ərazilərdə nəzarəti tam bərpa edib. Bu ərazilərdə polis-mühafizə qüvvələrimiz mövcuddur. Əlavə olaraq, ordumuz hər an hər vəziyyətə qarşı aktiv vəziyyətdədir. Yəni təxribat, yaxud separatçı fəaliyyət əleyhinə Azərbaycan hər an adekvat cavab verə bilər.

Bu gün Azərbaycanda güclü mərkəzi hakimiyyət nəzarəti var. Belə olan təqdirdə yenidən separatizmin baş qaldırması real deyil.

Azərbaycan Qarabağın erməni əhalisinə dəfələrlə səslənərək qanunlarımızı, vətəndaşlığımızı qəbul edəcəkləri təqdirdə firavan yaşayacaqlarını vəd edib. Buna baxmayaraq, ermənilərin Qarabağı tərk etməsi özlərinin subyektiv seçimləridir. Azərbaycanın ermənilərin fikirlərinə təsir etmək niyyəti yoxdur. Əgər Azərbaycan onları məcbur saxlasa, getmələrinə maneə yaratsa, bu dəfə ermənilər əks təbliğat keçirərək “Azərbaycan bizi əsir saxlayır, blokada tətbiq edir, sıxışdırır” kimi iddialar səsləndirəcəkdilər. Motiv fərqli olsa da, nəticə eyni olacaqdı. Bu baxımdan ermənilərin nə deməsinin heç bir fərqi yoxdur. Etnik təmizləmə iddiasının sübut olunması üçün fakt lazımdır. Fakt isə yoxdur.

Etnik təmizlənmə 90-cı illərdə Azərbaycan əhalisinə qarşı törədilib. Xocalı Soyqırımı bunun sübutu üçün bariz faktlardan biridir. Görüntülərlə, videolarla, şəkillərlə dəfələrlə sübut olunub. Ermənilərin Azərbaycanın onlara qarşı etnik təmizləmə həyata keçirdiyi iddialarının heç bir əsası yoxdur”.

Nəsimi Ələsgərli

www.yenicag.az

345
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv