!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

3 azyaşlı xilas edildi - Su kanalından meyit tapıldı

!Reklam – Yazi

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Yenicag.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 60 yanğına çıxış və 6 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 9 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər xəsarət alıb.

Həmçinin, Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində batan 1989-cu il təvəllüdlü Müzəffərov Sənan Abdul oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təqribən 30 km aralıda tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

www.yenicag.az

353
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv