!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

3-cü Dünya müharibəsi astanada: "Ölkələrin çoxu savaşların dayandırılmasında maraqlı olmur" - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Tərəfləri masaya otuzdura biləcək, təşviq və təhrik edə biləcək beynəlxalq qurum və güc görünmür. Demək ki, beynəlxalq hüquq da, qurumlar da dalana dirənib. Beynəlxalq hüquq və təşkilatların fəaliyyəti dalana dirənibsə, bu, o deməkdir ki, dünyavi xaos var”.

Bu fikri Dünya müharibəsi ehtimalları və prosesin gedişini şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev bildirib ki, dünya nəzarətdən çıxmış bir dönəmə girib:

“Üçüncü Dünya müharibəsinin başlamağı ABŞ-nin sabiq prezidenti Donald Trampın dilindən səslənməsi medianı hərəkətə gətirib. Müharibədə iştirak edənlərin sayı ilə dünya ölkələrinin ən azı 30-40 faizi birbaşa müharibəyə müdaxilə edəndə bunu dünya müharibəsi adlandırırlar. Bir tərəfdə Ukrayna və arxasında ən azından 50-ə yaxın ölkənin gücü, bir tərəfdə də Rusiya. Əslində yuxarıda dediyimiz faizi götürəndə görürük ki, bugünkü gün Rusiya ilə Ukraynada baş verənlər iştirakçıların sayına görə dünya müharəbisinin bir hissəsidir. Var açıq iştirakçılar, var gizli iştirakçılar. Dünya müharibəsi baş verəndə iki cəbhə olur. İndiki mərhələdə bu cəbhələr Rusiya ilə Ukrayna üzərindən müəyyən olunur. Biri var aktiv iştirakçılar, biri də var passiv iştirakçılar. Artıq dünya iki hissəyə bölünüb. Əslində bunun üçüncü hissəsi də var. Bunlar prosesdə müstəqil qalmaq istəyən ölkələrdir. Düşünmürəm ki, bu vəziyyətdə hansısa ölkə müstəqil qala bilər. Teoretik olaraq bu mümkündür, ancaq praktikada çətindir.

Hazırda baş verənlər planlıdır. Rusiya, Ukrayna və müttəfiqləri, bir də bunun içərisinə forsmajor hallar daxil ola bilər. Misal üçün, İran kimi ölkədə daxili ixtişaş, Çinlə Tayvan arasında qarşıdurma, Türkiyə ilə Yunanıstanın qarşıdurması, eyni zamanda Ermənistanla Azərbaycanın regionda konflikdi. Bunlar planlaşdırılmamış konfliklərdir və hamısı artan xəttlə gedir.

Müharibələr olanda dünya ölkələrinin çoxu savaşların dayandırılmasında o qədər maraqlı olmurlar. Bunu iqtisadi çıxarları üçün edirlər. İndiki baş verənlərin artan tempdə getməsi gözləniləndir. Çünki ortada barışdırıcı güc yoxdur. Tərəfləri masaya otuzdura biləcək, təşviq və təhrik edə biləcək beynəlxalq qurum və güc görünmür. Demək ki, beynəlxalq hüquq da, qurumlar da dalana dirənib. Beynəlxalq hüquq və təşkilatların fəaliyyəti dalana dirənibsə, bu, o deməkdir ki, dünyavi xaos var. Dünya əslində xaosun içərisinə gedir. Bunu da hansısa gücün nizama sala biləcəyi görünmür. Nəzarətdən çıxmış bir dönəmə girmişik“.

Səxavət Məmməd

www.yenicag.az

814
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv