!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

3 dollara güldan aldılar, 11 minə satacaqlar

!Reklam – Yazi

Böyük Britaniyada əntiq əşyalar satılan mağazadan cəmi 3,30 dollara alınan güldan hərracda 11,800 dollara satılacaq.

Yenicag.az xəbər verir ki, ölçüsü 10 santimetr olan güldanı alan Karen və Ahmet cütlüyü onun üzərindəki naxışlardan şübhələnərək əşyanı mütəxəssisə göstərmək qərarı alıblar. “Canterbury Auction Galleries” hərrac evi güldanın mərhum yaponiyalı keramika ustası Namikava Yasuyukiyə məxsus əsər olduğunu təsdiqləyib.

Qeyd edək ki, güldan 29-30 iyul tarixlərində hərraca çıxarılacaq. Cütlük əldə etdikləri gəlirdən güldanı aldıqları əntiq mağazasına da ianə edəcəklərini bildiriblər.

Onu da əlavə edək ki, 2019-cu ilin aprelində Yasuyukiyə məxsus daha böyük ölçülü güldan hərracda 38 min dollara satılıb./axsam.az/

www.yenicag.az

172
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv