!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

3 ədədi 11 manata satılan toyuğun mənşəyi məlumdur? - VİDEO

!Reklam – Yazi

Bakıda fəaliyyət göstərən bazarların girişində, eləcə də, ayrı-ayrı ərazilərdə avtomobillərin yük yerində 3 ədədi və ya 3 kiloqramı 11 manata təmizlənmiş toyuqlar satılır. Marketlərdə toyuq ətinin 1 kiloqramı isə 5 manatdan bahadır. Ucuz qiymətə satışa çıxarılan toyuqların mənşəyi məlumdurmu?

Yenicag.az xəbər verir ki, “Xəzər” TV bu mövzuda süjet hazırlayıb.

Normal daşınma və satış şəraitinə əməl olunmasa da, bu toyuqların alıcıları kifayət qədərdir.

Həmin toyuqların satışı ilə məşğul olan şəxs hesab edir ki, toyuqların ucuz olması keyfiyyətlə bağlı deyil.

Satıcıların təriflə satdığı, alıcıların bəh-bəhlə aldığı bu məhsulla əlaqədar Qida Təhlükəsizlik Agentliyinin (AQTA) mətbuat katibi Aysel Fərziyeva bildirib ki, istehlakçılar məhsulun saxlanma şəraitinə mütləq diqqət etməlidirlər.

Onun sözlərinə görə, əgər vətəndaşların bu məhsullarla bağlı hər hansı şübhələri olarsa, bu barədə AQTA-nın 1003 çağrı mərkəzinə müraciət edə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

www.yenicag.az

442
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv