!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

3 illik təhsil: "Xeyirləri çoxdur, amma..." - AÇIQLAMA

!Reklam – Yazi

“Pis qərar deyil. Belə hallar xaricdə də tətbiq edilir”.

Bu sözləri Yenicag.az-a Emin Əmrullayevin bəzi ixtisaslarda 3 illik təhsil olacağı fikrini şərh edən təhsil eksperti Şahlar Əsgərov deyib.

O bildirib ki, bu qərar tələbələr üçün də yararlı ola bilər:

“Bəzi ixtisasları 3 ilə öyrənmək mümkündür. Amma bu sözü deyibsə, gərək böyük bir iş görülsün. Gərək misal çəkəydi ki, hansı ixtisaslara aid olunur. Elə sözü deyir, gedir. Avantajları çoxdur. Gənc universiteti bir il tez qurtarır, əlavə vaxtı qalır. Əgər ödənişli təhsil alırsa, 1 il əlavə pul ödəməyəcək. Xeyirləri çoxdur. Amma tətbiq etmək zaman istəyir, uzun prosesdir. Mümkün olan şeydi, sadəcə diqqət və vaxt lazımdır”.

Şahanə Paşa

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv