!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

3 para-taekvandoçumuz Tokio-2020-yə lisenziya qazandı

!Reklam – Yazi

Azərbaycan Milli Paralimpiya Komitəsinin para-taekvando idman növü üzrə milli komandasının üzvü Röyalə Fətəliyeva (49 kq) Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Avropa Təsnifat turniririn finalında gürcüstanlı rəqibini məğlub edərək qızıl medal qazanıb.

Bu barədə Yenicag.az-a Milli Paralimpiya Komitəsindən bildirilib. R.Fətəliyeva bununla Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya əldə edib.

Azərbaycan Milli Paralimpiya Komitəsinin para-taekvando idman növü üzrə milli komandasının üzvü Əbülfəz Abuzərli də (75 kq) Sofiya şəhərində keçirilən Avropa Təsnifat turniririn finalında gürcüstanlı rəqibini məğlub edərək qızıl medala sahib olub və Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.

Bununla Milli Paralimpiya Komitəsinin idmançıları 5 idman növündə artıq 12 lisenziya qazanıblar (atletika – 3, üzgüçülük – 3, güllə atıcılığı – 2, pauerliftinq – 1, taekvando – 3)

Qeyd edək ki, para-taekvando idman növü ilk dəfə olaraq Paralimpiya Oyunlarının proqramına salınıb.

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv