!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

3 qat Olimpiya çempionu yarışlardan kənarlaşdırıldı

!Reklam – Yazi

Beynəlxalq Dopinq-Test Agentliyi (ITA) üçqat Olimpiya çempionu, çinli ağırlıqqaldıran Lyu Syaotszyunu antidopinq qaydalarını pozduğuna görə müvəqqəti olaraq yarışdan kənarlaşdırıb.

Yenicag.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Syaotszyun oktyabr ayında dopinq testindən keçdiyi bildirilib. Testlərin nəticələrinə görə, idmançıda Ümumdünya Antidopinq Agentliyinin qadağan olunmuş dərman vasitələri siyahısına daxil edilən nümunədə eritropoietin (EPO) aşkar edilib. ITA tərəfindən idmançıya pozuntu barədə məlumat verilib və yarışdan kənarlaşdırılıb.

Qeyd edək ki, 38 yaşlı Lyu Syaotszyun 2012, 2016 və 2021-ci illərdə Olimpiya çempionu adını qazanıb. O, həmçinin beşqat dünya çempionudur./Unikal/

www.yenicag.az

259
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv