!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"30 ilə yaxın işğalçılıq edən Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməyib" - Ölkə başçısı

!Reklam – Yazi

“Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayıb, lakin ona qarşı heç bir sanksiyalar tətbiq edilmirdi”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilən plenar iclasda çıxışında deyib.

“Bizim torpaqlımız 30 ilə yaxın erməni işğalı altında qalıb. Baş nazir Qaribaşvili qeyd etdi ki, 2008-ci ildə, Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiyaya qarşı heç bir sanksiyalar tətbiq edilməyib. Amma mən də deyə bilərəm ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib, beynəlxalq hüququ pozub və 27 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyib. Onlara qarşı da heç bir sanksiyalar da tətbiq edilməyib”, – dövlət başçısı vurğulayıb.

Prezidentin sözlərinə görə, ikinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyət tamamilə dəyişib: “Yeni reallıqlar ortaya çıxdı və əlbəttə, biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək”.

Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmirlər, amma məcbur olub barışacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər əlbəttə ki, yeni yanaşmaları tələb edir”.

www.yenicag.az

307
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv