!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

304 milyon dollarlıq neft daşıyan İran tankeri saxlanıldı

!Reklam – Yazi

İndoneziya hakimiyyəti İran bayrağı altında üzən tankeri qanunsuz neft daşımalarında şübhəli bilərək saxlayıb.

Yenicag.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Dəniz Təhlükəsizliyi Agentliyinin rəhbəri Aan Kurnia məlumat verib.

O qeyd edib ki, iyulun 7-də İndoneziya Sahil Mühafizəsi Şimali Natuna bölgəsində Kamerun bayrağı altında üzən S Tinos tankerindən İran bayrağı altında üzən MT Arman 114 tankerinə neftin ötürülməsi faktını qeydə alıb.

Məlumata görə, hər iki tanker qaçmağa çalışıb. Lakin İrana məxsus tanker təqib edilərək saxlanılıb.

“Tanker təxminən 270 min metrik ton neft daşıyıb. Onun ümumi məbləği təxminən 304 milyon ABŞ dollarıdır”, – deyə məlumatda qeyd olunub.

www.yenicag.az

208
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv