!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

31 Mart Soyqırımı niyə kinoda əksini tapmayıb?: “Bunun üçün...” - Tanınmış rejissordan AÇIQLAMA

!Reklam – Yazi

“31 Mart Azərbaycanlıların Soyqırımı gününü özündə əks etdirən bir filmin ərsəyə gəlməsi üçün ilk növbədə külli miqdarda sərmayə lazımdır…”

Bunu Yenicag.az-a açıqlamasında tanınmış rejissor Tahir Tahiroviç, “31 Mart Azərbaycanlıların Soyqırımı Azərbaycan kinosunda nə dərəcədə əksini tapıb?” sualına cavab olaraq deyib.

Rejissor sənədli film sahəsində mövzunu tam əhatə edən sanballı sənət əsərinin ərsəyə gəldiyini bildirsə də, böyük kinoda hələ də 31 mart soyqırımının yer almadığını qeyd edib.

T.Tahiroviç bunun səbəblərini siyasi məqamlarla izah edib:

“Düzdür, sovetlər dönəmində ərsəyə gələn “Ulduzlar sönmür”, “26-lar” filmində 31 Mart hadisələrinə dair bir neçə məqam yer alıb. Amma ümumilikdə götürsək, Sovet dönəmində bütünlüklə soyqırıma həsr olunmuş bir filmin çəkilməsi absurd idi. Siyasi bir məsələdir, bunu da yaddan çıxarmaq olmaz. Amma müstəqillik qazandığımız vaxtdan bəri ortaya sanballı bir film çıxarmaq olardı. Sənədli film sahəsində bununla bağlı uğurlarımız var. Rejissor Mehriban Ələkbərzadənin yozumunda “Salnamə” studiyasında dövlət sifarişi ilə çəkilən “Qara bayram” sənədli-bədii filmi 1918-ci ilin martında xalqımıza qarşı həyata keçirilmiş qanlı soyqırım hadisələrindən bəhs edir. Bu mövzuda çəkilən ən gözəl və çox təqdirəlayiq filmdir. Azərbaycan, Türkiyə, Rusiya və Avropa tarixçilərinin də yer aldığı əhatəli bir filmdir. Hesab edirəm, yaxın 10 ildə ondan yaxşı film çəkilməyəcək.

Bədii filmə gəlincə, belə bir mövzuda film çəkmək üçün külli miqdarda vəsait lazımdır. Çüni keyfiyyətli film həm də bəlli bir büdcə tələb edir. Yəni elə bir film çəkməliyik ki, bu film nümunə ola bilsin və onu bütün dünyaya çıxara bilək. Söhbət keyfiyyətli ssenari, rejissor işi, bədii tərtibat və s. məsələlərdən gedir. Belə bir filmin çəkilməsinə çox böyük ehtiyac var”.

Cəvahir

www.yenicag.az

612
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv