!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

32 ölkənin həll edə bilmədiyi MƏSƏLƏ: "Rusiyanın bu silahı..."

!Reklam – Yazi

“Hətta bütün NATO ölkələri yığışsa belə, Ukrayna üçün Krımı qaytara bilməz”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsi fonunda Krımın da azad olunması üçün əməliyyatların keçirilməsi ehtimalından danışan analitik Larri Conson deyib.

O, bildirib ki, NATO-ya üzv olan bütün ölkələr məsələyə birbaşa müdaxilə etsə belə, Ukrayna qoşunları Krım yarımadasını ələ keçirə bilməyəcək:

“Çünki Krım Rusiya rəhbərliyi üçün böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən Krımın ələ keçirilməsi üçün atılacaq istənilən addımı Moskva özü üçün real təhlükə hesab edəcək. Hətta bütün NATO ölkələri yığışsa belə, Ukrayna üçün Krımı qaytara bilməz.

Əlavə olaraq, Ukrayna Silahlı Qüvvələri müasir Qərb silahları – məsələn, HIMARS MLRS-a sahib olsa da, yarımadaya zərbələr endirə bilməyəcək. Rusiya Federasiyasının güclü hava hücumundan müdafiə sistemlərinə malik olması bütün təhlükələrin qarşısını almaq iqtidarındadır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

220
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv