!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“3+3” formatında növbəti görüş Türkiyədə keçiriləcək

!Reklam – Yazi

Xarici işlər nazirlərinin “3+3” (Azərbaycan, Ermənistan, İran, Rusiya, Türkiyə) formatı çərçivəsində növbəti görüşü 2024-cü ilin birinci yarısında Türkiyədə keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda “3+3” formatında (Azərbaycan, Ermənistan, İran, Rusiya, Türkiyə) keçirilən xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərə bildirib.

Qeyd edək ki, bu gün Tehranda “3+3” formatında XİN başçılarının görüşü keçirilir. Azərbaycanın və Rusiyanın, Türkiyənin və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov, Hakan Fidan, Ararat Mirzoyan da “3+3” formatında görüşdə iştirak etmək üçün Tehrandadır.

Xatırladaq ki, “3+3” formatında ilk iclas ötən il Gürcüstanın iştirakı olmadan xarici işlər nazirlərinin müavinləri səviyyəsində Moskvada keçirilib./Trend/

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv