!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"3+3" formatının Ankara görüşü: "Gürcüstana təklif Ankara və Bakıdan gəlib" - ŞƏRH

!Reklam – Yazi

“Gürcüstanın Moskvada “3+3” formatında keçirilən regional platformanın ilk toplantısında iştirak etməməsi İrəvanı çətin vəziyyətdə qoydu”.

Bu sözləri Moskvada “3+3” formatında keçirilən regional platformanın ilk toplantısında Gürcüstanın iştirak etməməsini dəyərləndirən siyasi şərhçi Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, rəsmi Tiflis Rusiya faktoruna görə “3+3” platformasının ilk görüşündə iştirak etmədi:

“Gürcüstanın bütünlüklə “3+3” platformasından imtina edəcəyini düşünmürəm. Məsələ ondadır ki, “3+3 platformasının növbəti iclası Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək. Türkiyəli rəsmilər indidən çalışır ki, Ankaradakı görüşdə Gürcüstan da iştirak etsin. Mövcud Abxaziya və Cənubi Osetiya problemləri və Rusiyanın hələ də qeyd olunan de-yure ölkələrə dəstək verməsi səbəbindən rəsmi Tiflisin “3+3 platforması ilə bağlı qərar verməsi çətindir. Ancaq nəzərə də almaq lazımdır ki, bu formatın təşəbbüskarı Azərbaycan və Türkiyə prezidentləridir. Yəni Gürcüstana təklif Ankara və Bakıdan gəlib. İndiki halda, həm Türkiyə, həm də Azərbaycan Gürcüstanın “3+3” formatında iştirakını arzulayır. Ona görə də Gürcüstanın iştirakı Kremldə olmasa da, Ankarada baş tutmalıdır”.

Turan Rzayev vurğulayıb ki, Türkiyə və Azərbaycan kimi Ermənistan da Gürcüstanın “3+3 platformasında iştirak etməsini istəyir:

“Ermənistanın Gürcüstanın da iştirak etdiyi bir “3+3 platforması”na ehtiyacı var. Türkiyə ilə münasibətlərin bərpa edilməsi və Qərbə inteqrasiya baxımından bu platforma İrəvan üçün əvəzolunmaz fürsətdir. Digər tərəfdən, Rusiya və İranın platformanı dəstəkləməsi Ermənistanı istəklərinə bir addım da yaxınlaşdırır. Lakin Gürcüstanın Moskvada “3+3” formatında keçirilən regional platformanın ilk toplantısında iştirak etməməsi İrəvanı çətin vəziyyətdə qoydu. Məsələ ondadır ki, rəsmi İrəvan özü kimi Qərbə inteqrasiya edən Gürcüstanın platformadan kənarda qalmasını istəmir. Gürcüstan patformada iştirak edəcəyi təqdirdə Paşinyana qarşı təqiblər də azala bilər”.

Gülşən Şərif

www.yenicag.az

609
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv