34 yaşlı kişiyə 16 bıçaq zərbəsi vuruldu – Bakıda – Yenicag.Az

Reklam

Reklam

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi olub.

Yenicag.az xəbər verir ki, 1984-cü il təvəllüdlü Quliyev Tahir İnşallah oğlu II mikrorayonda yerləşən “Nənəmin Təndiri” adlı iaşə obyektinin qarşısında tanışı ilə şəxsi münasibətlər zəminində əlbəyaxa dava edib.

Nəticədə tanışı ona bədəninin müxtəlif nahiyələrindən 16 bıçaq zərbəsi vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. (Report)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 3658
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."