Türkiyədə Said Nursi , ABŞ və Avropada Mövləvilikdən istifadə edən Fətullah Gülənin rəhbərlik etdiyi “Paralel Şəbəkə” Qafqaz məkanında açdıqları məktəblərdə Atatürkçülük kartından istifadə edirmiş. Məktəblərində Atatürklə bağlı dərslərə yer verən Gülən camaatının əsl məqsədinin nə olduğu bir çox ölkələrdə üzə çıxıb.
Yenicag.az avropa.info-ya istinadən Gülən camaatını ilk olaraq deşifrə edən ölkələrin siyahısını təqdim edir:
Rusiya: Gülən camaatı əsl məqsədlərinin ABŞ kəşfiyyatına xidmət olduğunu pərdələmək istəsə də, Putin və rus kəşfiyyatı bunu tezliklə ortaya çıxara bilmişdi. Gülən camaatının Rusiyadakı fəaliyyətləri rus kəşfiyyatı FSB tərəfindən 2001-ci ildə üzə çıxarıldı. Gülənə aid məktəblərdəki fəaliyyətləri təqib edən FSB, bu məktəblərdə Rusiyanın milli təhlükəsizliyinə zidd təhsil verdiyini ortaya çıxardı. Bu məktəblərdə çalışan müəllimlərin ABŞ-a agentlik etdiyi, türk dövlətlərində dövlət çevrilişi cəhdlərində iştirak etdiyi və iğtişaşlarda rol aldığı aşkarlandı.
Rus kəşfiyyatının bu əməliyyatlarından sonra, Tatarıstanda 8, Başqırdıstanda 4, Qaraçay-Çərkəz, Həştərxan və Dağıstanda hərəsində 1 məktəb olmaqla Gülən məktəbləri bağladıldı. Gülənin Rusiyadakı nümayəndəsi Mustafa Kamal Şirinin 2003-dən sonra ölkəyə girişi qadağan edildi.
Türkmənistan: Aşqabad rəhbərliyi gülənçilərin ölkənin inzibati və mədəni sisteminə sızmağa çalışdığını və məktəblərdən seçilən savadlı gənclərin ABŞ-a casusluq etmək üçün toplandığını bildirmişdi. Bundan sonra, “türk məktəbləri” adıyla fəaliyyət göstərən Gülən məktəbləri qapadılmışdı.
Özbəkistan: Bu ölkədə isə Gülən məktəblərin dini təbliğat apararaq özbək xalqının birliyinə zidd davrandığı, bu məktəblərdəki şagirdlərin ABŞ kəşfiyyatı üçün hazırlandığı aşkarlanmışdı. Hətta dövlət başçısı İslam Kərimov 1999-cı ildə özünə qarşı sui-qəsdin arxasında camaat məktəblərinin olduğunu açıqlayaraq məktəblərə basqın təşkil etdirdi. Bundan sonra Gülən məktəblərinin fəaliyyəti tamamilə qadağan edildi.
Azərbaycan: Ölkəmizdə Gülənə qarşı fəaliyyətlər olsa da, onlar azərbaycanlı havadarlarının yardımı ilə məktəblərinin adlarını dəyişərək, fəaliyyətlərini davam etdirməyə davam etdilər. Azərbaycanda çox yüksək vəzifəli şəxsləri özlərinə müxtəlif yollarla bağlayan Camaat “Çağ” və “Araz” adı ilə başlayan lisey və hazırlıq kurslarını “İstək” liseyi və müxtəlif adlarda olan hazırlıq mərkəzləri adı il davam edirlər. Beyin mərkəzləri olan Qafqaz Universiteti isə fəaliyyətini davam etdirməkdədir.
***
ABŞ-ın sabiq FTB müşaviri Paul Villiams 2010 -cı ildə Gülən haqqında ciddi ittihamların yer aldığı bir məqalə yazmışdı. Vilyams MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) uzun illərdən bəri Güləni dəstəklədiyini bildirmişdi.
Müəllif belə yazmışdı: “Gülən bu pullarla inkişaf etməkdə olan ölkələrin neft və təbii qaz ehtiyatlarını nəzarət altına almaq, Özbəkistan, Azərbaycan, Qazaxıstan, Türkmənistan və yeni yaradılan rus respublikalarında icmalar qurub ölkələrin daxili işlərinə müdaxilə edir. Lakin bir çox hallarda Azərbaycan kimi, hökumətin nəzarətinin güclü olduğu ölkələrdə bu mümkün olmur.”
***
ABŞ MKİ-i tərəfindən qorunan, amma FTB tərəfindən təqib edilən Gülənin əli Çinə də uzanıb. Lakin Rus və Çin kəşfiyyatı son dövrlər Gülənçilərin fəaliyyətini zərəsizləşdirmək üçün, birgə əməkdaşlıq edirlər.
“Paralel Şəbəkə”nin Türkiyədə dövlət, hökumət və biznes fəaliyyətlərinin ifşa olması Avropa İttifaqı ölkələrində də Gülənçilərin diqqətlə izlənilməsinə səbəb olub.
Almaniya kansleri Merkelin ABŞ tərəfindən dinlənilməsi ortaya çıxmasından sonra, ölkədə təhlükəsizlik tədbirlərinə geniş yer verilib. Almaniya hökuməti ölkəyə təhdid edə biləcək qüvvələrin siyahısını hazırlayarkən Gülən camaatının da həmin siyahıya salındığı qeyd edilir. Bununla yanaşı alman siyasətinə yer alan türk əsilli siyasətçilərin nəzarət altına alındığı və araşdırmalar aparıldığı bildirilir.
Amma bununla yanaşı Aİ ölkələrinin gizli kəşfiyyat qurumları Gülən camaatına göz dikib. Kəşfiyyat mütəxəssislərinə görə, Gülən camaatı hər bir kəşfiyyat xidmətinin diqqətini çəkir və iştahanı coşdurur. Bundan başqa, Gülənçilərin əllərindəki arxiv sənədləri kəşfiyyat xidmətləri üçün baha qiymətləndirilir. Kəşfiyyatçılar ilk növbədə Türkiyə kimi yaxın şərqdə çox mühüm, hətta ən mühüm strateji mövqedə olan bir ölkəni idarə edə bilmək üçün, hər cür bazarlığa gedirlər. Türkiyə hökuməti, MİT, ordu haqqındakı məlumatlar avropalılara çox lazımdır ki, bunlar da Gülən camaatında kifayət qədər var.
Ekspertlər Gülən camaatının bu tip əməkdaşlıqlar nəticəsində məktəb açma sxemini genişləndirə biləcəyini ehtimal edirlər. Yəni, xarici kəşfiyyata informasiya ötürmək əvəzində Gülən məktəbləri. Bu halda pul işləməz, çünki camaatın pula ehtiyacı yoxdur. Gülən camaatının 20-25 milyard dollarlıq sərmayəsinin olduğu qeyd edilir.