Reklam

Reklam

 

rusyada_gulen_evlerine_baskin_h9077Türkiyədə Said Nursi , ABŞ və Avropada Mövləvilikdən istifadə edən  Fətullah Gülənin rəhbərlik etdiyi  “Paralel Şəbəkə” Qafqaz məkanında açdıqları məktəblərdə Atatürkçülük kartından istifadə edirmiş. Məktəblərində Atatürklə bağlı dərslərə yer verən Gülən camaatının əsl məqsədinin nə olduğu bir çox ölkələrdə üzə çıxıb.

Yenicag.az avropa.info-ya istinadən  Gülən  camaatını  ilk olaraq  deşifrə edən ölkələrin siyahısını təqdim edir:

Rusiya:  Gülən camaatı  əsl  məqsədlərinin ABŞ  kəşfiyyatına  xidmət olduğunu  pərdələmək istəsə də, Putin və rus kəşfiyyatı  bunu tezliklə ortaya çıxara  bilmişdi. Gülən camaatının Rusiyadakı fəaliyyətləri rus kəşfiyyatı  FSB tərəfindən 2001-ci ildə üzə çıxarıldı. Gülənə aid məktəblərdəki fəaliyyətləri təqib edən FSB, bu məktəblərdə Rusiyanın milli təhlükəsizliyinə zidd təhsil verdiyini ortaya çıxardı.  Bu məktəblərdə çalışan müəllimlərin  ABŞ-a  agentlik etdiyi, türk  dövlətlərində dövlət çevrilişi cəhdlərində iştirak etdiyi və iğtişaşlarda rol aldığı aşkarlandı.

Rus kəşfiyyatının bu  əməliyyatlarından sonra,  Tatarıstanda 8, Başqırdıstanda  4, Qaraçay-Çərkəz, Həştərxan və Dağıstanda hərəsində 1 məktəb olmaqla Gülən məktəbləri bağladıldı.  Gülənin Rusiyadakı nümayəndəsi  Mustafa Kamal Şirinin 2003-dən sonra ölkəyə girişi qadağan edildi.

 

Türkmənistan:  Aşqabad rəhbərliyi  gülənçilərin  ölkənin inzibati və mədəni sisteminə  sızmağa çalışdığını  və məktəblərdən seçilən savadlı  gənclərin ABŞ-a  casusluq etmək üçün  toplandığını bildirmişdi.  Bundan sonra, “türk məktəbləri” adıyla fəaliyyət göstərən Gülən məktəbləri qapadılmışdı.

 

Özbəkistan:  Bu ölkədə isə  Gülən  məktəblərin dini təbliğat apararaq  özbək xalqının birliyinə zidd davrandığı, bu məktəblərdəki şagirdlərin ABŞ  kəşfiyyatı üçün hazırlandığı  aşkarlanmışdı. Hətta dövlət başçısı İslam Kərimov 1999-cı ildə  özünə qarşı sui-qəsdin arxasında camaat məktəblərinin olduğunu açıqlayaraq məktəblərə basqın təşkil etdirdi. Bundan sonra Gülən məktəblərinin fəaliyyəti tamamilə qadağan edildi.

 

Azərbaycan: Ölkəmizdə Gülənə qarşı fəaliyyətlər olsa da, onlar azərbaycanlı havadarlarının yardımı ilə məktəblərinin adlarını dəyişərək, fəaliyyətlərini davam etdirməyə davam etdilər. Azərbaycanda çox yüksək vəzifəli şəxsləri özlərinə müxtəlif yollarla bağlayan Camaat “Çağ” və “Araz” adı ilə  başlayan lisey və hazırlıq kurslarını “İstək” liseyi və müxtəlif adlarda olan hazırlıq mərkəzləri adı il davam edirlər. Beyin mərkəzləri olan Qafqaz Universiteti isə fəaliyyətini davam etdirməkdədir.

 

***

ABŞ-ın sabiq FTB  müşaviri Paul Villiams 2010 -cı ildə  Gülən haqqında ciddi ittihamların yer aldığı bir məqalə yazmışdı. Vilyams  MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi)  uzun illərdən bəri Güləni  dəstəklədiyini bildirmişdi.

 

Müəllif  belə yazmışdı:  “Gülən bu pullarla  inkişaf etməkdə olan ölkələrin neft və təbii qaz ehtiyatlarını nəzarət altına almaq, Özbəkistan, Azərbaycan, Qazaxıstan, Türkmənistan və yeni yaradılan rus respublikalarında  icmalar qurub ölkələrin daxili işlərinə müdaxilə edir. Lakin bir çox hallarda Azərbaycan kimi, hökumətin nəzarətinin güclü olduğu ölkələrdə bu mümkün olmur.”

 

***

ABŞ  MKİ-i tərəfindən qorunan, amma FTB  tərəfindən təqib edilən  Gülənin əli Çinə də uzanıb. Lakin Rus və Çin kəşfiyyatı son dövrlər Gülənçilərin fəaliyyətini zərəsizləşdirmək üçün, birgə əməkdaşlıq edirlər.

 

“Paralel Şəbəkə”nin  Türkiyədə dövlət, hökumət və biznes fəaliyyətlərinin ifşa olması Avropa İttifaqı ölkələrində  də  Gülənçilərin diqqətlə izlənilməsinə səbəb olub.

 

Almaniya kansleri  Merkelin ABŞ tərəfindən dinlənilməsi  ortaya çıxmasından sonra, ölkədə təhlükəsizlik tədbirlərinə geniş yer verilib. Almaniya hökuməti  ölkəyə təhdid edə biləcək qüvvələrin siyahısını hazırlayarkən  Gülən camaatının da həmin siyahıya salındığı qeyd edilir. Bununla yanaşı alman siyasətinə yer alan türk əsilli siyasətçilərin nəzarət altına alındığı və araşdırmalar aparıldığı bildirilir.

Amma bununla yanaşı   Aİ ölkələrinin gizli  kəşfiyyat qurumları  Gülən camaatına göz dikib. Kəşfiyyat mütəxəssislərinə görə, Gülən camaatı  hər bir kəşfiyyat xidmətinin diqqətini çəkir və iştahanı coşdurur. Bundan başqa, Gülənçilərin  əllərindəki arxiv  sənədləri  kəşfiyyat xidmətləri üçün baha qiymətləndirilir.  Kəşfiyyatçılar ilk növbədə Türkiyə kimi yaxın şərqdə çox mühüm, hətta ən mühüm strateji mövqedə olan bir ölkəni idarə edə bilmək üçün, hər cür bazarlığa gedirlər.  Türkiyə hökuməti, MİT, ordu haqqındakı məlumatlar avropalılara çox lazımdır ki, bunlar da Gülən camaatında kifayət qədər var.

Ekspertlər Gülən camaatının  bu tip əməkdaşlıqlar nəticəsində məktəb açma  sxemini  genişləndirə biləcəyini ehtimal edirlər. Yəni, xarici kəşfiyyata  informasiya ötürmək əvəzində Gülən məktəbləri. Bu halda pul işləməz, çünki camaatın  pula ehtiyacı yoxdur. Gülən  camaatının  20-25  milyard dollarlıq sərmayəsinin olduğu  qeyd edilir.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 58
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."