Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

39 yaşlı fəhlənin intiharı ilə bağlı açıqlama: “Üç uşağını atasız qoyub getdi..”

Biləsuvar rayonunun Xırmandalı kəndində baş vermiş intihar hadisəsinin səbəbləri məlum olub.

Bu barədə Yenicag.az-a Xırmandalı kənd icra nümayəndəsi Rahib Hacıyev məlumat verib.

O bildirib ki, mərhumun intihar etməsinin səbəbləri bilinmir:

“Hələ ki istintaq gedir. 39 yaşı vardı. Üç uşaq atası idi. Öz də uşaqları azyaşlı idi. Heç bir problemi də yox idi ki, deyəsən, intiharına haqq qazandırmaq olar. Bu adamın heç bir psixoloji problemi yox idi. Tam normal bir insan idi, sap-sağlam idi. Bakıda işləyirdi, fəhləliklə məşğul olurdu. Üç uşağını atasız qoyub getdi”.

Qeyd edək ki, Biləsuvar rayonunun Xırmandalı kənd sakini 1979-cu il təvəllüdlü Musa Mətləb oğlu Mirzəyev özünü asaraq intihar edib. Onun kənd məktəbinin həyətindəki ağacların birindən özünü asaraq intihar etdiyi bildirilir.

Səid Qərib

www.yenicag.az

1691
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS