!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

4-cü qrupların NƏZƏRİNƏ: “Tibb Universitetinə müsabiqə ...” – Məleykə Abbaszadə

!Reklam – Yazi

“Ola bilsin tibb ixtisasına keçid balı 550 baldan yuxarı olsun…”.

Yenicag.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə canlı yayımda deyib.

O, abuturiyentlərin 4-cü qrupu məhz Tibb Universitetinə qəbul olunmaq üçün seçdiklərini təəssüflə bildirib:

“Tibb Universitetinə müsabiqə şərtləri yüksəkdir. 4-cü qrupun dövlət sifarişli plan yerlərinə baxanda tibb ixtisası üzrə 730 yer ayrılıb. Bu yerdən 85 yer Seçenov Universitetinin filialı üçün nəzərdə tutulub.
Bizdə keçən illə müqayisədə 4-cü qrup üzrə kifayət qədər cəlbedici ixtisaslar var. İndiki zamanın tələbinə uyğun ixtisaslardır. Bu sahə üzrə mütəxəssislər əmək bazarında yerini tutacaq.
Amma təəssüf ki, əksəriyyət məhz tibb fakultəsinə üstünlük verir. Hansı ki, digər maraqlı ixtisaslar da var. 4-cü qrup üzrə Tibb Universitetinə dövlət sifarişli yerlərə 570 baldan yuxarı nəticə göstərən 611 nəfər var. Ola bilsin, tibb ixtisasına keçid balı 550 baldan yuxarı olsun. 500 baldan yuxarı nəticə gösətərənlər isə Tibb Universitetinin əczaçılıq, stomotologiya və s. digər ixtisaslarına qəbul oluna bilərlər”.

Cəvahir

www.yenicag.az

333
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv