!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

4 günlük iş qrafiki, xərclənən MİLYONLAR - Azərbaycan bu yeniliyə hazırdır? - İqtisadçı RƏYİ

!Reklam – Yazi

Dünyanın bir çox ölkələrində həftədə 4 günlük iş rejiminə keçməklə bağlı müzakirələr aparılır. Bu ölkələrdən biri də İspaniyadır. Belə ki, İspaniya hökuməti bu rejimə keçməkdə maraqlı olan kiçik və orta sənaye şirkətləri üçün 10,5 milyon dollardan çox vəsait ayırmağı planlaşdırır. Bunu biznesin inkişaf etdirilməsi ilə bərabər, insanların rahatlığı üçün də hesablanmış addım kimi dəyərləndirmək olar.

Yenicag.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli Azərbaycanda da bəzi sahələrdə 4 günlük iş qrafikinə keçməyi mümkün hesab edir:

“Bizdə 4 günlük iş rejiminə keçmək o qədər də asan deyil. Özəl, eləcə də dövlət sektorunda bu yeniliyin tətbiqi üçün imkanlar çox məhduddur. Amma bəzi nazirlik və dövlət idarələrində 4 günlük iş rejiminə keçmək mümkündür. Çünki onların iş yükü digərlərinə nisbətən daha azdır”.

Ekspert, həmçinin bəzi peşələrdə iş saatını azaltmağın problem yaradacağını da qeyd edib:

“Bəzi sahələrdə çalışan, məsələn, müəllim, polis, neft sənayesi işçiləri üçün bu qrafiki tətbiq etmək problemli ola bilər. Məsələn, ölkədə 200 mindən çox müəllim var. Onlar 4 günlük iş qrafikində işləsələr, dərs proqramını çatdırmaqda çətinliklə qarşılaşa bilərlər. Eyni zamanda həkimlər də insanların sağlamlığı üçün bəzən 7 gün işləmək məcburiyyətində qalır.”

Sadiq Cavadov

www.yenicag.az

30573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv