!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

4 günlük İŞ REJİMİ: "Azərbaycanda bu praktikanın tətbiqi üçün..." - AÇIQLAMA

!Reklam – Yazi

“Ölkəmizdə 4 günlük iş rejimi inandırıcı deyil”.

Bunu bir çox dünya ölkələrində tətbiq olunan 4 günlük iş rejimi ilə bağlı fikirlərini səsləndirən Əmək Hüquqlarının Müdafiə Liqasının sədri Sahib Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, 4 günlük iş rejiminə keçid hazırda Azərbaycan üçün aktual mövzu deyil:

“4 günlük iş rejimi yalnız bəzi ölkələrdə eksperiment məqsədi ilə tətbiq olunur. İşəgötürən özəl sektordursa, bunu tətbiq edə bilər. Heç kəs ona mane ola bilməz. Azərbaycanda da bu özəl sektorda tətbiq oluna bilər. Ancaq ölkəmizdə buna hansısa özəl sektorun hazır olduğu inandırıcı deyil. Ancaq bu praktika dövlət sktorunda mümkün deyil. Çünki dövlət sektorunu öz iş ritmi var. Xüsusilə dövlət hüquq-mühafizə orqanları bu qrafikə uyğunlaşa bilməz.

Həm də bu praktikanın tətbiqi üçün qanunlara düzəliş etmək vacibdir. Amma özəl sektor qanuna dəyişiklik etmədən qısaldılmış iş saatlarına, yaxud iş gününə keçə bilər. Ancaq bunun üçün bir şərt var. Əmək haqqının azaldılmaması. Özəl sektorda 5 iş günündə edilən iş 4 iş günündə də hasil edilə bilər. Bu praktika ilə işçilərə əməkhaqqı azaldırlmadan 3 gün istirahət verilir. Nəticədə həm işçi, həm də işəgötürən qazanır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

339
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv