!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

4 il ərzində 30,6 milyardlıq GÜZƏŞT: “Həmin vəsaitlərin vergi ödəyicilərinin sərəncamında qalması...”

!Reklam – Yazi

“Hesablama Palatası vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların təsirinin qiymətləndirilməsini büdcə sənədləşməsinə daxil edilməsini təklif edir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Milli Məclisin noyabrın 13-də keçirilən iclasındakı “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxış edən Hesablama Palatasının (HP) sədri Vüqar Gülməmmədov deyib.Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışında bəzi məqamlara toxunub və tövsiyələr səsləndirib:

“Yeni reallıqlar müstəvisində iqtisadiyyatın şaxələndirilməsi və investisiyaların cəlb olunmasında vergi sisteminin əhəmiyyəti nəzərə alınaraq son illərdə hər növbəti il üçün vergi qanunvericiliyinə geniş həcmli əlavə və dəyişikliklər qəbul edilib.

Növbəti ilin proqnoz göstəriciləri nəzərə alınmaqla ardıcıl 4 il ərzində vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmalar üzrə dövlət büdcəsinə hesablanmayan məbləğləri illər üzrə artaraq 30,6 milyard manatadək yüksəlməsi şəraitində həmin vəsaitlərin vətəndaşların və vergi ödəyicilərinin sərəncamında qalması qeyri neft-qaz sektorunda Ümumi Daxili Məhsul həcmlərinin artım templərinin müsbət dinamika ilə inkişaf etməsinə töhfə verir.

Bu baxımdan, güzəşt və azadolmaların səmərəliliyinin, o cümlədən, iqtisadiyyatda yaradılan əlavə dəyərə təsirinin qiymətləndirilməsinə dair məlumatların “Büdcə zərfi”ndə öz əksini tapmasını məqsədəuyğun hesab edirik”.

www.yenicag.az

193
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv