Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

4 uşaq atası olan iş adamı azərbaycanlı modeli döydü - ANBAAN VİDEO

Azərbaycanlı model Türkiyədə fələstinli sevgilisi tərəfindən döyülüb.

Yenicag.az xəbər verir ki, 33 yaşlı azərbaycanlı model V.N-nin sevgilisi fələstinli iş adamı 41 yaşlı Məhəmməd tərəfindən döyülməsinin görüntüləri yayılıb.

Məlumata görə, hadisəyə səbəb modelin Məhəmməd.K-dan uşaq dünyaya gətirməsi olub. İş adamı bu uşağı qəbul etməyib.

Bildirilir ki, gənc qadın 41 yaşındakı fələstinli iş adamı Məhəmmədlə bir il müddətinə sevgili olub. Sevgilisinin subay olduğunu zənn edən model keçən il hamilə qaldığını iş adamına deyib. Ancaq o anda həyatının şokunu yaşayıb.

Kadrlardan göründüyü kimi iş adamı qadına boksçu kimi yumruqlar atır.

Gənc qadın bir müddət yerə yıxılıb, orada oturub. Daha sonra sevgilisinin köməyi ilə ayağa qalxan qadının qanlar içində olduğu görünür.

Məlum olub ki, Məhəmməd evli imiş və Dubayda 4 övladı var. Bu xəbərdən sonra tərəflər arasında münasibətlər pozulub.

Loading...

www.yenicag.az

1910
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100