!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

4000 nəfərlik İran terrorçusu Qarabağa göndərilir?: “Əgər İranın belə cəhdi olacaqsa...” - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan öz ərazisi daxilində hər məsələyə nəzarət edir. Ona görə də əgər İranın belə bir cəhdi varsa, uğursuzluqla nəticələnəcək”.

Bunu Türkiyə mediasında yayımlanan “İran Qarabağa 4000 terrorçu qrup göndərəcək” xəbərini şərh edən siyasi şəhçi Sədrəddin Soltan Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, İran hakimiyyəti Qarabağda qanunsuz fəaliyyətlə bağlı bir sıra cəhdlər edib:

“İstər torpaqlarımız erməni işğalı atlında olan zaman, istərsə də ərazilərimiz işağaldan azad olduqdan sonra İran hakimiyyəti Qarabağda qanunsuz fəaliyyətlə bağlı bir sıra cəhdlər edib. Hətta bir neçə ay öncə Azərbaycana terror qrupu göndərib. Azərbaycan həmin terrorçuların gəldiyi maşınların və özlərinin şəkillərini İran hakimiyyətinə təqdim edib. İndiyə qədər bu məsələ haqda İranın rəsmi cavabını almamışıq.

İran Azərbaycanın Qarabağ bölgəsinə hər zaman terrorçular yollamaq istəyib. Lakin türk mediasında yayılan xəbərdəki kimi İranın Qarabağa 4000 nəfərlik terrorçu qrupu göndərmək üçün nə cürəti, nə də o qədər pulu var. Ermənistan İranın tam nəzarəti altında olan bölgə deyil. Azərbaycan öz ərazisi daxilində hər məsələyə nəzarət edir. Ona görə də əgər İranın belə bir cəhdi varsa, uğursuzluqla nəticələnəcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

648
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv