!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

44 günlük Vətən müharibəsinin xronikası: 15 oktyabr

!Reklam – Yazi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Yenicag.az Vətən müharibəsinin xronikasını təqdim edir.

– Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibə verib.

– Prezident İlham Əliyev Füzuli, Cəbrayıl və Xocavəndin bir neçə kəndi işğaldan azad edilməsi ilə bağlı “twitter”də paylaşım edib:

“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

– Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib.

– Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində Ermənistanın Tərtərdə dəfn zamanı insanları atəşə tutması ilə bağlı paylaşım edib.

– Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib.

– Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutub. Ermənistanın Tərtərdə qəbiristanlığı atəşə tutması nəticəsində həlak olanların sayı 4-ə çatıb.

– Ağdamın atəşə tutulması nəticəsində 2 nəfər xəsarət alıb.

– Ermənistanın hərbi hissə komandiri, polkovnik məhv edilib

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv