!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

45 illik günahsız həbsin QARŞILIĞI - Keçmiş məhkum üçün 1,5 milyon dollar toplandı

!Reklam – Yazi

Ədalətsiz mühakimə səbəbindən ömrünün 45 ilini həbsdə keçirən Kevin Striklendə iri məbləğdə ianə edilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, həbsdən buraxılan Kevin Striklend üçün ABŞ-ın Missuri ştatında internet vasitəsilə 1,5 milyon dollar toplanıb.

Məlumata görə, məhkəmə Striklendə kompensasiya ödənilməsinə dair qərar çıxarmadığı üçün onun vəkili internetdə ianə kampaniyası təşkil edib.

Yerli qanunvericiliyə əsasən, keçmiş məhbus yalnız DNK analizinin nəticəsi ilə bəraət aldıqda, ona kompensasiya ödənilir.

Striklendin vəkili də bu səbəbdən müvəkkilinin həbsdən çıxdıqdan sonra məişət xərclərini qarşılaya bilməsi üçün belə bir kampaniya keçirib.

www.yenicag.az

757
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv