!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Yanğın zamanı xəsarət alanların sayı AÇIQLANDI - VİDEO

!Reklam – Yazi

Məlumat verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən onyeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Yenicag.az xəbər verir ki, sözügedən yanğınla bağlı FHN növbəti dəfə açıqlama yayıb.

Qurumdan bildirilib ki, yanğın nəticəsində binanın şaxtasından keçən 60p.m elektrik kabelləri və zirzəmidə 6kv.m sahədə taxta tullantıları yanıb.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə və mənzillərə keçməsinə imkan verilməyib.

Yanğın zamanı qatı tüstülənmiş binadan xüsusi təyinatlı texnikaların da tətbiqi ilə 7-si uşaq olmaqla 37 nəfər bina sakini təxliyə olunub.

Yanğın nəticəsində iki nəfər bina sakini yüngül xəsarət alıb.

 

www.yenicag.az

237
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv