Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

5 əsr sonranı görən kahin - Shipton Ana kimdir?

Dünyanın ən ilginc kahini Shipton Ana kimdir? O, doğumu, ölümü, öncəgörmələri ilə bu adı qazanıb.

Yenicag.az kahinin tükürpədici həyatı və öncəgörmələrini təqdim edir.

18 yaşlı Agata Sozil 1488-ci ildə dünyaya yeni bir uşaq gətirir. Doğum sırasında isə özü həyatını itirir. Agata öldüyü yerdəcə dəfn edilir. Doğulan qız uşağı isə gizlədilir. Çünki uşaq normal deyildi, başı qeyri-nisbi vəziyyətdə, gözləri çəp, baxışları ürpədici, yanaqları çökük, ayaqları insan bədəninə bənzər vəziyyətdə idi.

Uşağın varlığını çox gizlətmək mümkün olmur. Kəndin aparıcı dini şəxsləri kiminsə uşağa qəyyumluq etməsini istəyir. Qoca bir qadın onu öhdəsinə götürür. Körpənin adını Ursula qoyurlar. Ursula gündə 1-2 saat yatar sonra oyanardı. Onun gözləri həmişə sabit bir nöqtəyə baxırdı. Gecə evin pərdələri öz-özünə hərəkət edir, qapılar açılıb örtülürdü. Evin kənarında çöl pişiklərinin səsləri daim gələrdi.

Qəyyum qadın bir gün evə dönüb körpənin yatağının boş olduğunu görür. O, qorxu içində qonşularına xəbər verir. Qonşular uşaqların cinlər tərəfindən oğurlandığını iddia edirlər. Amma balaca qız bacada tapılır. Ursula davamlı belə hadisələrlə böyüyür. Böyüdüyü zaman anası onu məktəbə yollayır.

Ursula qısa müddətdə öz qeyri-adi zəkası ilə bütün müəllimlərin sevimlisinə çevrilir. Amma o, şagirdlər arasında istənilmir. Ursula da ona edilənlərə qarşı intiqam yolunu seçir. Davamlı olaraq anidən tələbələrin paltarlarını yandırmağa başlayır, tələbələr gecə qorxunc yuxular görərək oyanırlar. Ursula ilə ziddiyyətdə olanların başına bilinməyən səbəblərdən daşlar yağmağa başlayır. Bütün bu hadisələr valideynlərin narazılığına səbəb olur və Ursula məktəbdən qovulur.

Üstündən illər keçir. Artıq gənc qadın olan Ursulanın öncəgörmə qabiliyyəti ona həm şöhrət, həm də hörmət qazandırır. Uzaqdan onunla məsləhətləşmək üçün gələnlərin sayı durmadan artır. Ursula gələcəyi, xüsusilə gizli sevgiləri və sevgililərin gələcəyi haqqında məlumatları dəqiq deyə bilirdi.

Bu vaxtlarda Ursulanın “Mother Shipton-Shipton Ana” adını aldığı güman edilir.

Elə o zamanlarda da dünyanın gələcəyi barədə öngörmələr verməyə başlayır. Kralların, kraliçaların ölümlərini və İngiltərənin gələcəyini dəqiq söyləyir. Döyüşlərin və tarixi hadisələrin baş verəcəyi yeri və tarixi dəqiq deyir. Onun yaşadığı dövrdə səfərlər zamanı ancaq atlı arabalardan istifadə edilirdi, ancaq Ursula avtomobilləri, yelkənsiz gəmiləri belə görüb onlar haqqında məlumat vermişdi.

Ursula XVII əsrin ən böyük fəlakətlərindən biri olan, Londonda 1666-cı ilin oktyabr ayında yayılan vəba epidemiyasını və yanğını əvvəlcədən xəbər vermişdi. Tarixçi Pepys yazır ki, 1666-cı ildə nələr baş verdisə, bütün bunların hamısını Shipton Ana əvvəlcədən xəbər verib.

Kardinal Volseyin ölümündən sonra, Ursulanın səssiz və sakit bir həyat davam etdirdiyi deyilir. Çünki, qaynaqlarda nədənsə Volsey hadisəsindən sonra onun haqqında ətraflı məlumatlara rast gəlinmir. Sanki o hadisədən sonra Shipton Anadan söz açmaq qadağan edildi…

Shipton Ananın ən məhşur öngörmələrini diqqətinizə çatdırırıq:
1. İnsanlar su altında səfər edə biləcək. Onlar hətta, qara-ağ və yaşıl gəmilərlə (Apollon kosmik gəmisi) kosmosa gedəcək. Sularda dəmir üzəcək (Müasir gəmilər), hətta taxtadan daha çevik. Qızıl sonradan tapılan torpaqlara axacaq (ABŞ) və İngiltərə bir yəhudini rəhbər seçəcək (Baş nazir Disraeli). Bu qəribə bir düşüncədir, amma bir zamanlar alçaldılan yəhudilər vaxt gələcək ki, ən güclülər olacaqlar.

2. Dünyada yaşayan bütün insanların düşüncəsi dünyanın bir nöqtəsindən digər nöqtəsinə anında çatacaq (mobil telefonlar). Bu, bir göz qırpımında olacaq.

3. Fransa üç dəfə qan gölünə çevriləcək. Xalq azadlığına tam qovuşmazdan öncə üç qəddar hökmdar (Robespierre, Napoleon, Pentain) hakimiyyətdə olacaq. Bundan sonra xalq üç dəfə (Fransada üç respublika) ölkəni idarə edəcək. Şiddətli müharibələr zamanında, İngiltərə və Fransa birgə hərəkət edəcək (1-ci və 2-ci dünya müharibələri).

Loading...

www.yenicag.az

4569
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100