Bu gündən etibarən Azərbaycanda 5 günlük bayram tətili başlayıb.
Yenicag.az xəbər verir ki, iyunun 15-də ölkədə Milli Qurtuluş Günü, ayın 15-16-sı isə Ramazan bayramı qeyd olunur.
Əmək Məcəlləsinə görə, iyunun 15-də Milli Qurtuluş Günü ilə Ramazan bayramı eyni günə düşdüyündən, bundan başqa, iyunun 16-sı da şənbə gününə təsadüf etdiyindən ayın 18-19-da iş olmayacaq. Beləliklə, ölkədə iyunun 15-i, 16-sı, 17-si (bazar günü), 18-i, 19-u qeyri-iş günüdür.
Növbəti iş günü iyunun 20-də olacaq.