!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

5 saniyəyə mənzil satan MİDA yenidən GÜNDƏMDƏ: "Bu, bir qrup şəxsin varlanmağına xidmət edir" - İTTİHAM

!Reklam – Yazi

“Sosial mənzil anlayışını Azərbaycan qanunvericiliyinə gətirən şəxs olaraq deyirəm ki, Azərbaycan sosial mənzil adı altında baş verən hadisələr bir qrup şəxsin varlanmağına xidmət edən, dost-aşnaya iş yeri yaradan, biznes fəaliyyəti ilə məşğul olmaq üçün bir “layihə”dir. Bu layihədən nə qədər tez imtina edilsə, Azərbaycanda rəqabətli ipoteka şərtləri formalaşa bilər”.

Bu sözləri Mənzil İnşaatı Dövlət Agentliyi 5 saniyəyə həyata keçirdiyi satış fonunda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) apardığı əməliyyatla bağlı danışan sabiq deputat, iqtisadçı Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında deyib.

Nazim Bəydəmirli bildirib ki, kompüter mütəxəssislərinin həbs olunması MİDA-nın özünü təmizə çıxarmaq cəhdidir:

“Komüter mütəxəssisləri MİDA-nın ev satışına nə qədər müdaxilə ediblər, etməyiblər, bu barədə ciddi şübhəm var. MİDA özü sosial mənzil anlayışı adı altında dövlət büdcəsi hesabına biznes fəaliyyəti ilə məşğul olur. 2009-cu ildə Milli Məclisdə Mənzil Məcəlləsi müzakirə olunan zaman sosial mənzil anlayışını Azərbaycan qanunvericiliyinə gətirən işçi qrupunun rəhbəri mən olmuşam. Sosial mənzil anlayışı, əslində, MİDA-nın indi məşğul olduğu mənzil tikintisi və satışı anlayışı ilə tamamilə əks anlayışlardır. Dünya təcrübəsini öyrənmişik və bilirik. Dünya təcrübəsində sosial mənzillər dövlət büdcəsi hesabına tikilir və o mənzillər dövlət və bələdiyyə mülkiyyətində ola bilər. O mənzillər heç vaxt özəlləşdirilmirlər. Sosial mənzil anlayışı odur ki, mülkiyyət sahibi olmaq istəməyənlər, sosial ehtiyacı olanlar, müxtəlif ölkələrdən miqrant gəlmiş şəxslər üçündür. Bu daha çox Qərb ölkələrində inkişaf edib. Mənzillər çox ucuz başa gəlir. O mənzillərin saxlanılmasına cüzi vəsait çıxır. O ölkələr qarşısına məqsəd qoymur ki, gəlir əldə etsin. Sosial mənzil anlayışı həm təhlükəsizlik məsələsidir, həm sosial siyasətdir”.

Ekspertin sözlərinə görə, MİDA dövlət büdcəsi hesabına ipoteka ilə məşğul olmaqdır:

“İpoteka ilə sosial mənzil tamamilə başqa anlayışlardır. İpotekanın inkişaf etdirilməsi üçün dövlət büdcəsindən dəstəyə ehtiyac olmamalıdır. İpoteka ilə kommersiya bankları vasitəsi ilə müxtəlif tikinti şirkətləri məşğul ola bilər. Heç bir vəchlə dövlət büdcəsi hesabına bu işlə məşğul olunmamalıdır. MİDA-nın məşğul olduğu bir qrup şəxsə, öz qohum-əqrəbalarına, yaxınlarına, tanışlarına konkret olaraq tikinti layihələri verməkdir. O icazələri ucuza almaq və bazarda rəqabəti sıxışdırmaqdır. Çünki onlar özəl şirkətlər kimi tikinti fəaliyyəti ilə bağlı qurumlardan icazə alanda rüşvət vermirlər. Oların arxasında duran bir qrup şəxs öz yaxınlarına biznes fəaliyyəti yaradıblar. Əgər o evlər sosial mənzil olmuş olsaydı, onlar maya dəyərindən cüzi şəkildə baha satıla bilərdi. Bu gün mənzilin kvadratmetri 400 manat civarındadır. Ancaq MİDA-nın satdığı mənzillər min manat ətrafındadır. Bəllidir ki, burada hər hansısa sosial siyasətdən söhbət getmir. Məlum olur ki, o mənzilləri alan şəxslər dövlət qurumlarında çalışan, yüksək maaş alan, ehtiyacı olmayan şəxslərdir”.

Səxavət Məmməd

www.yenicag.az

2057
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv