!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

500 minədək insana təxliyə barədə əmr verildi

!Reklam – Yazi

Bazar ertəsi Yaponiyanın cənub-qərbində yarım milyona yaxın insana ölkənin bu bölgəsində davam edən leysan yağışlarının yaratdığı daşqın və torpaq sürüşməsi səbəbindən təxliyə əmri verilib.

Yenicag.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Qeyd edilir ki, Kurume şəhərində (Fukuoka prefekturunun cənub-qərbində) azı 115 min nəfər təxliyə əmri alıb. Ərazidə daşqın və sürüşmə təhlükəsi beş ballıq şkala üzrə dördüncü səviyyəyə qaldırılıb.

İndiyədək 360 mindən çox insanın təxliyə olunduğu Kumamoto prefekturasının cənub-qərbində də çətin vəziyyət yaranıb.

Yaponiyanın cənub-qərbində hər yay güclü leysan yağışları müşahidə olunur ki, bu da çay daşqınlarına, sürüşmələrə və insan tələfatına səbəb olur.

www.yenicag.az

183
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv