!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qafqazda gərginliyin artmasında maraqlı olan DÖRD ÖLKƏ: "Azərbaycan alternativ yolları dərhal nəzarətə götürməlidir" - ŞƏRH

!Reklam – Yazi

“Azərbaycan ordusu alternativ yolları dərhal nəzarətinə götürməlidir”.

Bu sözləri Qarabağda baş verən proseslər, təxribatlar və Azərbaycan tərəfinin atmalı olduğu addımlar dəyərləndirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, siyasi danışıqlar baş tutmursa, söz orduya verilməlidir:

“Lavrov Bakıda rəsmi səfərdə olan zaman Laçın dəhlizində nəzarət buraxılış məntəqəsi olmayacaq deməsini 10 noyabr bəyanatı ilə əsaslandırıb. Ancaq məlum bəyanatda erməni silahlılarının çıxarılacağı da var idi. Nədənsə Lavrov da, Zaxarova da bu günə qədər bu barədə bir cümlə belə deməyib.

Lavrovun Bakı səfərindən sonra Qarabağda vəziyyət gərginləşdi. Ekofəalların aksiyalarından sonra ehtiyatda olan zabitlər Rafiq Nağıyev, Azay Kərimov, Tərlan Eyvazov alternativ yollar barədə məlumat verirdi. Hətta Azay Kərimov bildirib ki, 4 alternativ yol var. Bu yollar vasitəsi ilə Rusiya sülhməramlılarının gözü qarşısında ermənilər silah daşıyırdı. Bu ondan xəbər verir ki, separatçıların tam şəkildə silahlandırılması gedirdi. Separatçı rejim bilərəkdən gərginliyi artırır. Onların havadarları da bunda maraqlıdır.

Qafqazda gərginliyin olmasında Rusiya həmişə maraqlı olub. Rusiya sülh tərəfdarı deyil.

Silah daşınması ilə bağlı kəşfiyyat məlumatı alan Azərbaycan ordusu xüsusi əməliyyat keçirməyə cəhd etdi. Əməliyyat zamanı şəhidlər verdik. Hesab edirəm ki, o şəhidlərin necə verilməsi gələcəkdə araşdırılacaq. Əvvəl dedilər məhv edilən ermənilər polis olub, sonra vergi polisi olduğunu dedilər. Hər halda onlar Azərbaycan ordusuna atəş açıb. Azərbaycan ordusu qəti addımlar atmalıdır. Hesab edirəm ki, onlar nə polis, nə də vergi polisidir, onlar terrorçudur. Azərbaycan ərazisində hansı ad altında olursa olsun, dövlət qurumlarına tabe olmayan silahlılar hamısı qeyri-qanunidir və onlar terrorçudur.

Azərbaycan ordusu alternativ yolları dərhal nəzarətinə götürməlidir. Necə Fərrux dağını, Sarıbaba və Qırxqız yüksəkliklərini götürmüşdük, o yolları da o şəkildə götürməliyik.

Ruslarla yanaşı gərginliyin artmasında İran, Fransa, elə Ermənistan özü də maraqlıdır.

Azərbaycan orada əməliyyatlar keçirməlidir ancaq həmin əməliyyatları elə keçirməlidir ki, itki sayı ya sıfır, ya da minimum həddə olsun”.

Səxavət Məmməd

www.yenicag.az

677
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv