!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

55 yaşlı alim 100 gün suyun altında yaşayacaq

!Reklam – Yazi

Cənubi Florida Universitetinin professoru Cozef Dituri insan orqanizminin uzun müddət suyun altında yüksək təzyiqələ necə mübarizə apardığını anlamaq üçün qeyri-adi təcrübə keçirəcək.

Yenicag.az oxu.az-a istinadən xəbər verir ki, 55 yaşlı alim 9 metrdən çox dərinlikdə suyun altında 100 gün yaşamağı planlaşdırır.
“Biz biotibbi mühəndislik haqqında danışacağıq, bioloji təcrübələr edəcəyik – əla vaxt keçirəcəyik!”, – Dituri bildirib.

Martın əvvəlindən alim 9 kvadratmetrlik kiçik hovuzda yaşayır. O, daha bir neçə ay orada qalacaq və bu müddət ərzində onun səhhəti izləniləcək. Eksperimentin sonunda mütəxəssislər uzun müddət tək qalmağın nəticələrini qiymətləndirmək üçün professordan qan nümunələri götürəcək, elektrokardioqramma çəkəcək, həmçinin onun psixososial və psixoloji vəziyyətini təhlil edəcəklər.

www.yenicag.az

323
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv