!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

56 min nəfərin müəllimlik ARZUSU: Niyə və hansı perspektivlərinə görə? - EKSPERT

!Reklam – Yazi

“Burada söhbət perspektivlərdən getmir. Məsələ plan yerləri ilə bağlıdır”.

Bu sözləri Yenicag.az-a 56 min nəfərin pedaqoji fəaliyyətlə məşğul olmaq istəməsinin səbəblərini açıqlayarkən təhsil eksperti Nadir İsrafilov deyib.

O bildirib ki, qızların çoxu humanitar sahələrə üstünlük verir:

“Əsasən də müəllimlik. Pedaqoji Universitetə getdikdə görürsən ki, çoxu qız tələbələrdir. Bu, həmişə belə olub. Yəni hər hansısa bir ziyalı cəhəti yoxdur. Bizdə müəllimlərin sayı tələbatdan 3 dəfə artıqdır. O qədər müəllimə ehtiyac yoxdur. Amma yenə də müsabiqə keçirilir və lazımi balı toplayanlar müəllimlik fəaliyyətinə başlayır”.

Digər bir tərəfdən saytımıza açıqlama verən ekspert Elşən Qafarov qeyd edib ki, ölkəmizdə hər il göstəricilər bu qədər yuxarı olur:

“Bu o demək deyil ki, 56 min nəfərin hamısı müəllim olacaq. Ümumiyyətlə, pedaqoji sahəyə axın güclüdür. Birinci səbəb odur ki, kölgə təhsili ölkəni tamamilə bürüyüb. Belə ki, həm müəllimlik, həm də repititorluq edirlər, pul qazanırlar. İkincisi, müəllimlik stabil işdir. Müəssisənin bağlanma ehtimalı yoxdur”

Şahanə Paşa

www.yenicag.az

425
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv