!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Nobelin azərbaycanlı LAUREATI: “Mükafatın Güney Azərbaycandan olan türk xanıma verilməsi...”

!Reklam – Yazi

“Ümumiyyətlə, qeyd edilməlidir ki, Nobel laureatlarının seçimində siyasi amilliərin təsiri istisna deyil”.

Bu fikirləri Güney Azərbaycandan olan hüquq müdafiəçisi Nərgiz Məhəmmədinin Nobel Sülh mükafatına layiq görülməsini dəyərləndirən Azərbaycan-Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, İran kimi ölkədə insan hüquqları və azadlıqları uğrunda mübarizə aparmaq asan iş deyil:

“Açığı, Nərgiz xanımın fəaliyyətini yaxından izləməsəm də, hər halda, onun İran kimi ölkədə qadın hüquqlarının müdafiəsi ilə məşğul olması təqdir edilməlidir. Məlumdur ki, orada insan hüquqları və azadlıqları uğrunda mübarizə aparmaq asan iş deyil.

Yəqin ki məhz bbu amilləri nəzərə alaraq, mükafatın ona verilməsini qərara alıblar. Bu seçimin arxasında siyasi motivlərin olub-olmadığını birmənalı söyləmək çətindir. Amma ümumiyyətlə, qeyd edilməlidir ki, Nobel laureatlarının seçimində siyasi amilliərin təsiri istisna deyil.

O baxımdan, bu mükafatın Güney Azərbaycandan olan türk xanıma verilməsinin arxasında dayanan səbəbləri o qərarı verənlər daha yaxşı bilir. Bütün hallarda məmnunedici xəbərdir, onu təbrik edirəm”.

A.Zeynalov

www.yenicag.az

197
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv