Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

57 yaşlı kişi intihar edib - Şəkidə

Şəkidə intihar hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 06:30 radələrində Şəki rayonunun Aran kəndi ərazisində, Şəki rayon sakininə məxsus fermada qeydə alınıb. Fermanın işçisi, 1960-cı ildə Qırğızıstan Respublikasında doğulan və hazırda Şəkinin Şəki kəndində qeydiyyatda olan İspəndiyar İsgəndər oğlu Məhərrəmovun meyiti damdan asılı vəziyyətdə aşkar edilib.

İ. Məhərrəmovun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

www.yenicag.az

889
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS