!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İran dörd nəfəri "Mossad"la əməkdaşlığa görə EDAM ETDİ

!Reklam – Yazi

İran dörd nəfəri “Mossad”la əməkdaşlıq ittihamı ilə edam edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Mizan” agentliyi məlumat yayıb. İran yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əlaqəsi olan 4 nəfəri edam edilib.

Agentlik yazır ki, İsrail strukturları ilə əməkdaşlıq işi ilə bağlı ümumilikdə on nəfər həbs edilib.

Agentliyin dərc etdiyi Qərbi Azərbaycan əyalətinin məhkəməsinin qərarından belə çıxır ki, Vəfa Henare, Aram Öməri, Rəhman Pərhazo və Nəsim Namazi pul mükafatı müqabilində İran hüquq-mühafizə orqanları əməkdaşlarının evlərini və maşınlarını yandırıblar. İddia olunur ki, bu yolla “məhkumlar ölkənin təhlükəsizliyini pozmaq niyyətində olublar”.

İran və İsrail arasında münasibətlər İsrail Müdafiə Qüvvələri ilə Fələstinin HƏMAS hərəkatı arasında müharibənin başlamasından sonra pisləşib.

İran parlamenti hətta İsrailin Qəzza zolağına qurudan hücuma keçəcəyi təqdirdə döyüşlərə qoşulacağı ilə hədələyib. Bununla belə, İranın ali lideri Əli Xamenei 2023-cü ilin noyabr ayının əvvəlində HƏMAS silahlıları ilə görüşü zamanı İranın bunu etməyəcəyini bildirib.

Xuraman Etibarlı

www.yenicag.az

121
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv