Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

6 tələbənin öldüyü qəza ilə bağlı müəmma - yaşıl maşının sürücüsü tapılmır

6 tələbənin öldüyü qəzaya görə həbs edilən sürücünün cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesinə hakim Novruz Kərimovun sədrlik edib.

Məhkəmə prosesində zərərçəkmiş Elgiz Həsənov qəzaya qədər olanları xatırlamadığını deyib: “Qəzadan sonra olanları xatırlayıram. Qəza bir anda oldu. Ötmə əməliyyatını görməmişəm. Qəzadan sonra maşından düşən 4 nəfərdən biri idim. Çıxanda gördüm ki, 3 nəfər dostum yerdə uzanıb. Hər yer qan idi. Bir neçə saat əvvəl bir yerdə olduğumuz, söhbət etdiyimiz adamlar, dostlarımız artıq cansız idi”.

Məhkəmədə zərərçəkmişlərin dindirilməsi başa çatıb.

İş üzrə tanınan şahidlərdən bir nəfər dindirilməmiş qalır. Həmin şahidin məhkəməyə gətirilməsi üçün proses iyulun 25-nə təxirə salınıb.

Bildirək ki, həmin şahid qəza zamanı tələbələrin olduğu qırmızı rəngli “Ford”la ötüşdüyü deyilən yaşıl rəngli “Ford”un sürücüdü Rauf Seyfullayevdir. Məhkəmə həmin sürücünün məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar çıxarıb. Hələ ki, onun məhləməyə gətirilməsi mümkün olmayıb. Əlavə edək ki, qəzadan sonra yayılan videogörüntülərdə qəzaya uğrayan “Ford”un yaşıl rəngli “Ford”la ötüşdüyü və sağ tərəfdən ötmə əməliyyatı etdiyi görünür.

Xatırladaq ki, hadisə bu ilin martın 9-da Sumqayıt yolunda baş verib. Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi “Ford” markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış Elvin Şəmistanlıya məxsus “ZİL” markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə dünyasını dəyişib, 20 tələbə yaralanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs-qətimkan tədbiri seçilib.(musavat)

Yenicag.az

www.yenicag.az

398
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM