Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

600 min sahibkara yardım göstəriləcək

Dünyada koronavirus pandemiyası iqtisadiyyata, sosial duruma, əhaliyə çox ciddi problemlər yaradır. Belə vəziyətdə makroiqtisadi və maliyyə sabitliyinin saxlanılması, məşğulluğun təmin edilməsi olduqca böyük əhəmiyyət kəsb edir.

Yenicag.az-ın məlumatına görə, bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinə press-tur zamanı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkə başçısının tapşırığına uyğun olaraq İqtisadiyyat Nazirliyində, xüsusilə koronavirus pandemiyası ilə bağlı ən ciddi təsirə məruz qalmış iqtisadi fəaliyət sahələri və onları təmsil edən sahibkarlarla görüşlər keçirilib:

“Sahibkarların arzu və təklifləri dinlənilib. Bununla əlaqədar 4 işçi qrup yaradılıb. Tələbələrin, digər vətəndaşların iqtisadi durumunun yaxşılaşdırılması, ümumiyyətlə iqtisadi subyektlərə dəstək göstərilməsi üçün Prezident İlham Əliyevin tapşırığına əsasən, 1 milyard manat vəsait ayrılıb. Keçirilmiş qiymətləndirmələr onu göstərib ki, vəsait kifayət etmir. Bu vəsaitin 2,5 milyard manata qədər artırılması gözlənilir”.

N.Səfərov bildirib ki, dəstək və yardım göstəriləcək sahibkarların sayı 600 min nəfər təşkil edir.

Qeyd edək ki, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. Müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.

www.yenicag.az

213