!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

67 nəfərin diplomu tanınmadı

!Reklam – Yazi

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı avqust ayı üzrə 783 müraciətçinin xaricdə təhsil haqqında sənədinin tanınması ilə bağlı müraciətindən 716-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 67 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə “Qafqazinfo”ya Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib.

Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 60, dövlət nümunəli olmayan diplom səbəbilə 6, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbi ilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 333, Rusiyadan 228, Türkiyədən 78, Belarusdan 54, Gürcüstandan 44, digər ölkələrdən isə 46 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq 99, maliyyə üzrə 74, yanğın təhlükəsizliyi mühəndisliyi 74, iqtisadiyyat üzrə 72, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 49 müraciət qeydə alınıb.

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv