!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

7 fevral seçkilərində İDEOLOJİ RƏQABƏT: “Namizədlərin sırasına baxdıqda, zahirən iki xətt arasında...”

!Reklam – Yazi

“Dünən hərəkatda olan, bu gün isə fərqli ideoloji müstəvidə qərarlaşan siyasətçilər, partiya sədrləri var”.

Bu fikirləri 7 fevral növbədənkənar prezident seçkilərində qeydə alınan namizədləri və onların mümkün rəqabətini dəyərləndirən müstəqil siyasətçi Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında deyib.Zəlimxan Məmmədli bildirib ki, namizədlərin bir hissəsi xalq hərəkatından gələn siyasətçilərdir:

“Seçmək və seçilmək vətəndaşların müstəsna hüquqlarındandır. Namizəd irəli sürmək də qanunla tənzimlənən prosesdir. Namizədlərin bir hissəsi xalq hərəkatından gələn, həmin mübarizədə bu və ya digər formada iştirak edənlərdir. Fəaliyyətdə olan prezident isə fərqli düşərgənin nümayəndəsidir.

Namizədlərin sırasına baxdıqda, zahirən iki xətt arasında rəqabət təəssüratı yaranır. Buna ideoloji rəqabət də demək olar. Ancaq o təsnifatı aparmaq üçün ciddi əsaslar yoxdur. Fərqli proseslər baş verib, dünən hərəkatda olan, bu gün isə fərqli ideoloji müstəvidə qərarlaşan siyasətçilər, partiya sədrləri var. İstədik-istəmədik, belə bir məhələni yaşayırıq.

Bunun millətimizə və dövlətimizə xeyirli olmasını arzulayıram. Təbliğat-təşviqat kampaniyası səsverməyə 20 gün qalmış başlayacaq. Ona görə də, hər hansı bir namizədin leyhinə, ya əleyhinə fikir bildirməyi doğru saymıram. Qanuna uyğun davranmağa vərdiş etməliyik. Namizədlərin hər birinin şəxsiyyətinə hörmətim var. Seçkidən qazanan Azərbaycan olsun”.

Səxavət Məmməd

www.yenicag.az

285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv