!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

7 fevral seçkilərində medianın pul qazanmaq İMKANI: “Prezidentliyə namizədlər xəsislik etməsələr...”

!Reklam – Yazi

“Prezidentliyə yeddi namizədin və tərəfdarlarının qarşıdakı iyirmi iki gün ərzində ödənişli təşviqat imkanlarından intensiv yararlanacaqlarına ümid edirik”.

Bu fikirləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin təbliğat-təşviqat mərhələsində çap və onlayn mətbuat orqanlarının pul qazanmaq imkanlarını dəyərləndirən media eksperti Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, prezidentliyə namizədlər seçkilərin bu mərhələsində xəsislik etməməlidirlər:

“MSK-nın yaydığı məlumata görə, artıq 40-dan çox media subyekti pullu reklam üçün qeydiyyatdan keçib. Həmin qurumlara ödənişli təşviqat materiallarının verilməsi təmin edilməlidir.

Prezidentliyə namizədlər bütün mümkün vasitələrdən istifadə edərək öz təşviqat işlərini effektli qurmalıdırlar. Burada isə media ən zəruri vasitədir. Ona görə də prezidentliyə yeddi namizədin və tərəfdarlarının qarşıdakı iyirmi iki gün ərzində ödənişli təşviqat imkanlarından intensiv yararlanacaqlarına ümid edirik.

Əlbəttə, İctimai Televiziya və radioda, bir neçə dövlət qəzetində namizədlər üçün ödənişsiz təşviqat imkanı da var. Bunlar öz yerində, ancaq namizədlər gərək ödənişli təşviqat planında öz səxavətlərini göstərsinlər. Bu həm də onların ictimaiyyət tərəfindən daha müsbət qəbul edilmələrinə səbəb olacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

2038
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv