!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

7 gündə 3 UĞURSUZ SUİ-QƏSD: Zelenskini kimlər və necə qoruyur? – Görünməyən SAVAŞ

!Reklam – Yazi

Ukraynaya hərbi təcavüzünü davam etdirən Rusiya bu ölkənin dövlət başçısının fiziki məhvinə çalışır.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Ukraynanın xüsusi xidmət orqanları Rusiyanın prezident Vladimir Zelenskiyə qarşı hazırladığı 3 sui-qəsd planını vaxtında aşkarlayaraq zərərsizləşdirib.

Qeyd olunur ki, Rusiyanın Zelenskiyə qarşı son bir həftədə 3 uğursuz sui-qəsd planı hazırladığına dair məlumatı Böyük Britaniyanın “The Times” nəşri yayımlayıb.

Məlumata əsasən, Zelenskinin fiziki məhvi üçün Ukraynaya iki qrup “Vaqner” muzdluları ilə çeçen xüsusi təyinatlıları göndərilib.

Lakin müharibənin əleyhinə çıxan Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşlarının müdaxiləsi nəticəsində sui-qəsd planı pozulub.

Sui-qəsd hazırlığı zamanı “Vaqner”in çox sayda döyüşçüsü məhv edilib. Qruplaşmanın rəhbərliyinin sui-qəsd planının baş tutmamasından və hərəkətlərinin nəzarət altında olmasından ciddi narahatlıq keçirdiyi bildirilir. Zelenskinin təhlükəsizlik xidmətinin məlumatlılığı və çevikliyi “Vaqner” rəhbərliyində təşviş yaradıb.

Bundan başqa, ötən şənbə günü Kiyev ətrafında çeçen xüsusi təyinatlılarının da sui-qəsd planının qarşısı alınıb və qrup məhv edilib.

www.yenicag.az

1469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv