!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

7 hərbi prokurorluq işçisi məsuliyyətə cəlb olunub

!Reklam – Yazi

Yanvarın 23-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda 2022-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin, bununla əlaqədar Respublika Hərbi Prokurorluğunun struktur qurumlarında və ərazi hərbi prokurorluqlarında keçirilmiş əməliyyat müşavirələrinin nəticələrinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, əvvəlcə kollegiya iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini–Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, görülmüş tədbirlər nəticəsində 2021-ci illə müqayisədə 2022-ci ildə qeydə alınmış qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 83,3 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 73,7 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 62,1 faiz, mülkiyyət əleyhinə cinayətlər 28,9 faiz, xuliqanlıq cinayətləri 25 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 23,3 faiz, rüşvət alma və rüşvət vermə cinayətləri 19,9 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 7,7 faiz və özünü öldürmə hadisələri 33,3 faiz azalıb.

Prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi də təmin olunub. 2021-ci illə müqayisədə 2022-ci ildə ərizə və şikayətlərin sayı 6,7 faiz azalıb ki, bu da vətəndaş məmnunluğunun daha da artmasına dəlalət edən haldır. Bundan başqa, şəxsi qəbulların sayı 15,7 faiz artıb. Vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə dövlət başçısı İlham Əliyevin dəyərli tövsiyələri bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq, hər bir əməkdaşdan gündəlik fəaliyyətində onlara ciddi əməl edilməsi tələb olunub.

Hərbi prokuror qeyd edib ki, Ermənistan Silahlı Qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Vurğulanıb ki, o cümlədən müvafiq qurumlarla birlikdə həm I Qarabağ, həm də II Qarabağ müharibəsində, eləcə də ötən ilin istər avqust ayında, istərsə də sentyabr ayında Ermənistanın növbəti təxribatlarının qarşısı alınarkən həlak olmuş şəxslərin şəxsiyyətinin müəyyən olunaraq, aidiyyatı üzrə təhvil verilməsi, sözügedən məsələlərlə əlaqədar zəruri tədbirlərin görülməsi istiqamətində də işlər davam etdirilib.

Bildirilib ki, Hərbi Prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət mərkəzində saxlanılıb, bu sahədə aşkar olunan hər hansı nöqsan və pozuntuya qarşı prinsipiallıq mövqeyindən yanaşılmaqla müvafiq tədbirlərin görülməsi təmin edilib. Belə ki, 2022-ci ildə 7 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub.

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv