!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

7 nömrəli tam orta məktəbdə "Qurtuluşun banisi" adlı tədbir keçirildi - VİDEO

!Reklam – Yazi

M.Rahim adına 7 nömrəli tam orta məktəbdə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə  həsr edilmiş “Qurtuluşun banisi” adlı tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, Dövlət Mahnı Teatrında keçirilən tədbirə Milli Məclisin deputatları Nigar Arpadarai və Vüqar İsgəndərov, Bakı Şəhər Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyeva, 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova, müəllim, şagird heyəti və valideyinlər qatılıblar.

Tədbirdə şagirdlər müxtəlif musiqi kompozisiyaları nümayiş etdiriblər.

Nigar Arpadarai çıxışı zamanı Heydər Əliyevin ölkəmizin inkişafı yolunda gördüyü işlərdən danışaraq onun tariximizdə silinməz iz qoyduğunu bildirib.

Heydər Əliyevin gənclərə qayğısından danışan Vüqar İsgəndərov onun siyasi davamçısı İlham Əliyevin rəhbərliyi altında Qarabağ probleminin tarixə qovuşduğunu qeyd edib.

 

Sadiq Cavadov

www.yenicag.az

763
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv