!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

7 nömrəli tam orta məktəbdə "Zəfər Dəhlizi"nin açılışı oldu - FOTO / VİDEO

!Reklam – Yazi

Bakıda yerləşən Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə “Zəfər Dəhlizi”nin açılış mərasimi olub.

Yenicag.az xəbər verir ki, mərasimdə Azərbaycan ordusunun İkinci Qarabağ müharibəsində göstərdiyi şücaət və qəhrəmanlıq nəticəsində torpaqlarımızın işğaldan azad olunmasından bəhs edilib.

Qeyd olunub ki, hazırda həmin ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi davam edir. “Zəfər dəhlizi” Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 2022-ci ilin “Şuşa ili” elan edilməsi məqsədi ilə məktəbdə görülən işlər çərçivəsində yaradılıb.

Tədbirin davamında məktəblilər şeirlər səsləndirib, mahnılar ifa ediblər. Daha sonra isə millət vəkilləri çıxış ediblər.

Məktəbin direktor səlahiyyətlərini icra edən Könül Təhməzova Yenicag.az-a açıqlamasında “Zəfər Dəhlizi”nin mahiyyətindən danışıb. O qeyd edib ki, şagirdlərin əl işlərinin yer aldığı dəhlizdə 44 günlük Vətən müharibəsinin məlumatlarını özündə əks etdirən lövhələrdə QR kod yerləşdirilib. Həmin QR kodlar vasitəsilə məlumatlarla elektron formada tanış olmaq mümkündür. Könül Təhməzova “Zəfər dəhlizi”nin yaradılmasında göstərdiyi dəstəyə görə məktəbin şagirdi Həsən Allahverdiyevin atası, Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdiliyə təşəkkür edib.

Qeyd edək ki, tədbirdə Milli Məclisin deputatları Vüqar İsgəndərov, Ramil Həsən, Elşən Musayev, Nigar Arpadarai, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi sektorun müdiri Sevinc Rəsulova, Diaspor İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili, Səbail Rayon Gənclər və idman idarəsinin rəis əvəzi Elnarə Əliyeva, məktəb rəhbərliyi və media nümayəndələri iştirak ediblər.

Gülşən Şərif
Cavid Qaçayev
Naiq Çobanov

www.yenicag.az

817
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv