!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

7 yaşlı xərçəng xəstəsinin köməyinizə ehtiyacı var - FOTOLAR

!Reklam – Yazi

Azərbaycan Silahlı Qüvvələrinin giziri, Aprel döyüşlərinin iştirakçısı Tahir Misirxanovun bacısı oğlu 7 yaşlı Nihat Əzizli artıq bir ildir ki, lösemi (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir.

Yenicag.az-a daxil olan məlumata görə, hazırda Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alan Nihatın öz sağlamlığına qovuşması üçün ilik əməliyyatı həyata keçirilməlidir.

İlik köçürülməsi üçün 80 000 manata ehtiyac var. Həkimin diaqnozuna görə, Nihatın bir həftə ərzində əməliyyat olunması vacibdir. Türkiyədə həyata keçiriləcək əməliyyata görə ailə tərfindən Heydər Əliyev Fonduna və Hacıqabul Rayon İcra Hakimiyyətinə müraciət edilsə də da, Fonddan quru yollarının bağlı olduğu, İcra hakimiyyətindən isə o qədər vəsaitin olmadığına dair cavab alınıb.

7 yaşlı Nihatın sizin dəstəyinizə çox ehtiyacı var. Onun amansız xəstəlikdən qurtulmasına biganə qalmayaq, ailəsinin kədər göz yaşlarını sevinc göz yaşlarına çevirək.

Yardım etmək istəyənlər aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlaya və ya bank hesabı vasitəsilə dəstək ola bilərlər. İnanırıq ki, balaca Nihata tezliklə kömək ediləcək:

(055) 617 97 19 Aygül xanım. (Nihatın anası)

Gülşən Şərif

www.yenicag.az

794
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv