!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

70 yaşlı “lənətlənmiş qadın” əkiz uşaq doğdu – FOTO

!Reklam – Yazi

Uqandada yaşayan 70 yaşlı Safina Namukvaya adlı qadın süni mayalanma ilə əkiz uşaq dünyaya gətirib.

Yenicag.az xəbər verir ki, Safina Namukvayanın Afrikada uşaq dünyaya gətirən ən yaşlı qadın olduğu bildirilib.

Məlum olub ki, uzun müddətdir ekstrakorporal mayalanma müalicəsi görən Safina əkiz anası olub. O, illərlə bu hissi yaşaya bilmədiyi üçün stress keçirdiyini, eyni zamanda ətrafdakıların onu aşağıladığını dilə gətirib.

Safinanın paytaxt Kampaladakı Beynəlxalq Doğum və Ginekologiya Xəstəxanasında bir qız və bir oğlu olub. O, əkiz körpələrini sağ-salamat dünyaya gətirdikdən sonra xəstəxana bu barədə açıqlama yayıb. Qeyd olunub ki, bu möcüzəvi doğuş təkcə tibbi uğur deyil, həm də insan təbiətinin gücünü və möhkəmliyini ortaya qoyur.

Namukvaya əvvəllər uşaq dünyaya gətirə bilməyən “lənətlənmiş qadın” kimi aşağılandığını, 2020-ci ildə isə ilk qız övladını dünyaya gətirdiyini söyləyib. O, birinci ərinin 1992-ci ildə dünyasını dəyişdiyini və ondan uşağı olmadığını, həmçinin indiki partniyoru ilə 1996-cı ildə tanış olduğunu deyib.

Namukvayanın sözlərinə görə, doğuş üçün xəstəxanaya gəldiyindən həyat yoldaşı onu ziyarət etmədiyi üçün narahatdır: “Ola bilsin ki, o, əkizləri dünyaya gətirdiyim üçün xoşbəxt deyil, çünki kişilər bətninizdə birdən çox uşaq daşıdığınızı bilmək istəmirlər, çünki bununla bağlı məsuliyyət yarana bilər”. (Publika.az)

www.yenicag.az

163
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv