!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

7,4 bal gücündə zəlzələnin baş verdiyi şəhərdən dəhşətli görüntülər – VİDEO

!Reklam – Yazi

Tayvanın Hualien şəhərində iki gün əvvəl baş vermiş və indiyədək 10 nəfərin öldüyü 7,4 bal gücündə zəlzələnin yeni görüntüləri ortaya çıxıb.

Yenicag.az xəbər verir ki, avtomobilin kamerasına əks olunan görüntülərdə zəlzələnin təsiri ilə yamacdan nəhəng qayaların düşdüyü görülüb. Qayaların bəzi avtomobillərə dəydiyi, bəzi vasitələrin isə qayalardan qaçmağa çalışdığı kameralara düşüb.

Qeyd edək ki, ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Tayvanın şərq sahilindəki Hualien şəhərindən 18 kilometr cənubda olduğunu bildirib.
Tayvan Mərkəzi Meteorologiya İdarəsi (CWA) zəlzələnin maqnitudasını 7,2 olaraq açıqlayıb və bunun Tayvanda son 25 ildə baş verən ən güclü zəlzələ olduğunu bildirib. Rəsmi məlumatlara görə, zəlzələ nəticəsində 10 nəfər ölüb, 1067 nəfər xəsarət alıb. Ölənlərdən 5-nin qadın olduğu qeyd edilib.

21 sentyabr 1999-cu ildə Tayvanda Taypeyin 150 kilometr cənubunda yerləşən Jijidə baş verən 7,7 bal gücündə zəlzələdə təxminən 2400 adam həyatını itirib, 100 mindən çox insan yaralanıb, minlərlə bina dağılıb.

www.yenicag.az

138
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv